July 28,2021 | ۱۴۰۰/۰۵/۰۶
اخبار ویژه
تبلیغات
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasına səfər edib.  SəhərAzəri-nin məlumatına əsasən,Aİ Şurasının Prezidentinin mətbuat katibi Barend Leyts “Twitter” səhifəsində yazdığınz görə, Avropa İttifaqı Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir. Şarl Mişel bu məqsədlə Azərbaycan Prezidenti ilə görüş keçirəcək.     Dünən şarl mişel Ermənistana səfər zamanı Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla da görüş keçirib.     Avropa İttifaqı Şurasının Prezidenti Nikol Paşiniyanla görüşündən sonra Avropa İttifaqının Ermənistana 2,6 milyard avro çərçivəsində maliyyə yardımı edəcəyini deyib. “Biz sizin yanınızdayıq və Ermənistanın prioritetlərini – infrastruktur, rəqəmsal gündəm, iqlim, nəqliyyat, demokratik islahatları təşviq etmək üçün Ermənistana 2,6 milyard avro maliyyə paketi təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik”, – deyə Mişel bildirib.     O, həmçinin bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda problemlərin həllinə daha aktiv cəlb olunmaq, regionla əlaqələri möhkəmləndirmək niyyətindədir.   “Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması Azərbaycan ictimaiyyətində bir çox suallara səbəb olub.  Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli APA-ya müsahibəsində bunun ikili standart siyasətinin növbəti təzahürü olduğunu deyib və belə bir sual səsləndirib: “Necə olur ki, zərər çəkən Azərbaycan, yardım isə Ermənistana ayrılır?   Qeyd edək ki, iyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

پیشخوان اخبار