image_printپرینت خبر

rəsmi sənədlərdə Hicaba azadlıq üçün Asan Xidmətə muraciət və ərizə aksiyasında hər kəs Asan Xidmətin saytına muraciyət edərək verilən təlimatlara uyğun olaraq hicablı şəkillərin qəbul edilməsi tələbinin yerinə yetirilməsinə səy göstərməyə çağırılır.

Aksiyaya çağırışda, Azərbaycan Respublikasının qanun vericiliyinin maddələrinə əsasən rəsmi sənədlərə hicablı şəkil çəkdirmək üçün heç bir maneənin olmadığı bildirilir:

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Birinci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə ۱٫ Vətəndaşlıq hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Maddə ۳٫ Bərabər vətəndaşlıq

Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabərdir . Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.

Aksiya təşəbbüskarları bildiriblər ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun ikinci və üçüncü maddələrinə istinad edərək, rəsmi sənədlərə hicabla şəkilin azad olmasını tələb edirlər.

Aksiya iştirakçıları tələblərinin Asan Xidmət tərəfindən yerinə yetirilməyəcəyi təqdirdə Prezidentə və Nazirlər Kabinetinə eləcə də müvafiq hərhansı qurum və şəxsə ərizə Asan Xidmətin qanunsuz əməllərinə qarşı ərizələrlə müraciət edəcəklərini bildiriblər.