image_printپرینت خبر

 

Avropa birliyi yeni növ korunavirus (COVID-19) epidemisində yoluxma hallarında ciddi artım olan Hindistanın tələbi ilə bu ölkəyə yardım göndərməyə hazırlaşır.

Avropa komisiyonunun sədri
Ursula von der Leyen sosiyal şəbəkədəki paylaşımında Hindistandakı vəziyyətdən narahat olduqlarını ifadə edərək “dəstək üçün hazırıq” mesajını verib.

Von der Leyen Hindistanın yardım tələbi qarşısında Avropa birliyi sivil qoruma mekanizmi çərçivəsində Avropa qaynaqları səfərbər etmək üçün hazırlaşdığını qeyd edərək, “Hindistan xalqı ilə tam dayanışma içərisindəyik” deyib.

Avropa komissiyonunun böhranın idarə edilməsindən məsul üzv, birliyin Hindistana oksigen və dava göndərməyə hazırlaşdığını açıqlayıb.

Epidemidən ən çox təsirlənən ölkələrdən olan Hindistan-da gündəlik xəstələrin sayı artmaqda davam edir.