image_printپرینت خبر

 

Fars dili və ədəbiyyatı doktoru olduğu bildirilən bu öyrətmən, türk şair Təbrizli Saeb doğulmadan 36 il öncə vəfat etmiş olan Füzulini, Saebin ardılı olaraq hesab edir və Füzuli təxəllüsü, Saebin şeirlərinin füzülü olduğu üçün seçdiyini dilə gətirir.

Öyrətmənə görə, Füzuli, daha dünyaya gəlməmiş Təbrizli şair Saebin farsca şeirlərini türkcəyə çevirirmiş. “Füzuli” kələməsi ərəbcədə “dil uzatma, birini ilgiləndirməyən işlərə müdaxilə etmə” anlamına gəlməkdir. Şair, bu təxəllüsü nədən seçdiyini də divanının önsözündə incə bir şəkildə açəqlamaqdadır.

Bu yanlış yanaşma və iki türk şairin bağlantısız şəxslərcə yarışdırılmasına etiraz edən türk internet istifadəçilərinin bir çoxu, bu xətanın bilgisizlik ilə birlikdə qərəz içərdiyini düşünür.

Türk dünyasının ən böyük şairlərindən olan Füzuli, Hicri 1494 tarixində Kərbəlada anadan olmuş, ۱۵۵۶ tarixində isə vəfat etmişdir.
۱۵۹۲-nci ildə anadan olan türk şair Təbrizli Saebin, türk şeirinin zirvələrində Əmir Əlişir Nəvayi və Füzulidən ilham aldığı bilinir.