image_printپرینت خبر

Cümə günü twitter hesabında İraqın  Elektrik Naziri Maced Həntuşun Tehran ziyarətinə işarə edən səfir Məscidi, Həntuşun ziyarət məqsədi, enerji sahəsində əməkdaşlığı genişləndirmək  və İranın alacaqlarının ödənilməsini  ürətləndirmək  olduğunu ifadə etdi.

Bundan əvvəl İraq Elektrik Nazirliyi sözçüsü  bu səfəin  qarşılıqlı yeni razılaşmaların imzalanması üçün reallaşacağını bildirmişdi.

Eləcə  İraq Xarici işlər Naziri Fuad Hüseyn də keçən ay İrana etdiyi səfər  əsnasında İran milli təhlükəsizlik yüksək şurası katibi  Əli Şəmxanı  ilə görüşündə ölkəsinin İrana olan borcları haqqında təqdim etdiyi hesabatda, bu yoldakı maliyyə və bankçılıq sahələri ilə əlaqədar əhəmiyyətli maneələrin qaldırıldığını və yaxında iki ölkənin razılaşdığı modelə uyğun şəkildə  borclarını ödəməyə başlayacaqlarını ifadə etmişdi.