image_printپرینت خبر

beynəlxalq məsələlər üzrə ekspert Ehsan Rastqar bildirir ki, Tehranın maraqları nəzərə alınmadan Zəngəzur dəhlizinin açılması prosesi sürətləndirilir. Bu isə İran üçün həssas və narahlıq yaradan məsələdir. Ona görə də Zərifin belə bir vaxtda etdiyi səfəri vaxtında atılmış strateji addım kimi xarakterizə etmək olar.

Müəllifin qənaətincə, bölgədə nəqliyyat əlaqələrinin bərpası məsələsi atəşkəs bəyananaməsindən sonra yeni gərginlik mövzusuna çevrilib. Səbəb region ölkələrinin maraqlarının toqquşmasıdır. Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” adlandırdığı bu yolun açılması yalnız Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına xidmət edir. Bu marşrutla əlaqədar iki vacib məqam var. Əvvəla, noyabr bəyannaməsində “Zəngəzur dəhlizi” adlı marşrutdan söhbət getmir. Orada yalnız iki ölkə arasında yolların açılmasından danışılır.

İkincisi, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, Yerevan bu dəhlizin açılmasında əməkdaşlıqdan qaçarsa, Azərbaycan buna istənilən halda nail olacaq.

Məqalədə vurğulanır ki, İran Zəngəzur dəhlizinin açılması ilə onun Ermənistanla quru əlaqəsinin kəsilə biləcəyindən narahatdır. Məhz bu üzdən Tehran yeni dəhlizin yaradılması bəhanəsi ilə onun sərhədində hər hansı dəyişikliyə gedilməsinə yol verməyəcəyini bildirir.