image_printپرینت خبر

 

İsrail mətbuatında yer alan xəbərlərdə, İsrail güvənlik kabinəsinin mühasirə altındakı Qəzzədə ۱۰ Maydan bu yana davam edən saldırılara son verilərək atışkəsə gedilməsi üçün edilən səs verməyi qəbul etdiyi bildirilmişdi.

Həmas sözcüsü Sami Əbuzəhri də İsrail ilə Qəzzədə atışkəsin yerli saatla bu gecə ۲:۰۰-də başlayacağını təsdiqləmişdi.

İsrail savaş uçaqları atışkəsə bir saat qala Qəzzəyə qarşı saldırılar düzənləməyə davam etmişdi.

İslami cihad hərəkətinin silahlı qanadı Qüds tuğayları da saldırılara qarşılıq Qəzzə ətrafındakı bölgələrə raket atdıqlarını açıqlamışdı.
Ötə yandan, atışkəs anlaşmasının gərçəkləşməsinin ardından, Qəzzə və işğal altındakı Ordən çayının Batı sahilindəki Filistinlilər, küçələrə çıxaraq sevinc göstərisi təşkil etdi.

Qəzzənin müxtəlif şəhərlərində yezlərlə gənc, başda Ramullah olmaq üzrə Ordən çayının Batı sahilindəki şəhərlərdə küçələrə çıxaraq, Qəzzədəki Filistin müqavimət qruplarına dəstək şuarları verildi.

Filistinli gənclər, “Ramullahdan şərəfli Qəzzəmizə səlam olsun”, “fəth, islami cihad və Həmas birliyiniz bizi qürurlandırdı” şəklində şuarlar verərək atışkəsdən dolayı sevinclərini ifadə etdi.

Qəzzəyə qarşı ۱۰ Maydan bu yana davam edən İsrail saldırılarında 65-ı uşaq, 39-u qadın 232 Filistinli həyatını itirdi.