image_printپرینت خبر

Bu səfər birləşmiş millətlər qarxınma proqramı ekipi ilə birlikdə Urmiya gölünün canlandırılmasına yönəlik müştərək icrayi proqramların sürəcini müşahidə etmək üçün Təbrizə gəldim.
Japon uluslar arası işbirliyi ajansının (JICA) Urmiya gölünü canlandırmaq üçün İran islam cümhuriyyəti höküməti ilə işbirliyi apardığını xatırladan Kazutoşi dedi: Urmiya gölünü canlandırmaq üçün yaxşı çabalar sərf edildi və gölün canlandığını görməkdən çox mutluyam. İdarə edici tərəfdaşların yardımı və işbirliyi ilə bu yöndə daha çox addım atmağı ümid edirik.
Urmiya gölünün bölgədə yaşayan isanlar üçün bir çox fürsət və qaynaq yaratdığını dilə gətirən Kazutoşi artırdı, Doğu Azərbaycan ustandarlığının Urmiya gölünün canlandırılmasında JICA apardığı işbirliyini alqışla qarşılayaraq, Japon-un Doğu Azərbaycanda konsulluğu yoxdur ancaq ustanın üst yönətimi son illərdə Japonların proqramlarını dəstəkləmişdir.
Kazutoşi dedi, koronavirusun yayılması ilə bir çox məhdudiyyətlər, təhmillər və gəzilər sınırlanması, Urmiya gölünün canlandırma projələrini yaxından izləmək üçün Doğu Azərbaycan ustanına səfər etmək üçün özəl bir izn verdi. Gölün canlandırılması hökümət üçün ulusal səviyyədə önəmlidir.