image_printپرینت خبر

بسم الله الرحمن الرحیم

“یُرِیدُونَ لِیُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ کَرِهَ الْکَافِرُونَ”

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də -öz nurunu (dinini) tamamlayacaqdır.

Ötən il fevral ayının 29-da  Azərbaycan Respublikasının tanınmış din xadimi və Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin bu ölkənin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət məcəlləsinin 274-cü maddəsi (vətənə xəyanət və xarici ölkələrə casusluq etmək) ilə həbs olunmasının şahidi olduq və bu görkəmli şəxsin istintaqı və uzun sürən məhkəməsindən bu günə qədər bir ildən çox vaxt keçib.

Təəssüflər olsun ki, Azərbaycan hökuməti dünyanın ikinci böyük şiə ölkəsi olaraq, müsəlman xalqının dini imkanlarını təbliğ etmək və onlardan ölkənin işğal olunmuş ərazilərin tamamilə azad edilməsi və Qarabağ münaqişəsi tam həlli kimi problemlərini həll etmək üçün istifadə etmək əvəzinə ölkədəki islamçılar və şiə liderləri ilə mübarizəyə qalxıb. İkinci Qarabağ müharibəsinin praktiki təcrübəsi və erməni işğalçılarla döyüş cəbhəsində islamçıların coşqudolu, geniş və Hüseynvari iştirakı, hansı ki, işğal olunmuş ərazilərin əksəriyyətinin azad edilməsi ilə nəticələndi, yaxşı şəkildə göstərdi ki, İslamın əsl təlimlərinə arxalanaraq və şiə gənclərdən kömək alaraq, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, Azərbaycanın bütün problemlərini asanlıqla aradan qaldırmaq olar.

Azərbaycan Respublikasında təssüflə uzun keçmişi olan islamofobiya siyasətlərinin davam etdirilməsi və misli görünməmiş şəkildə islamçı liderlərin həbsi və kənarlaşdırılması kimi müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi, şübhəsiz İslam düşmənlərinin, o cümlədən  ABŞ və qəsbkar sionist rejim və onların muzlularının mövhum instinktlərinin nəticəsidir. Bu siyasətlər, xüsusilə müqavimət cəbhəsinin böyük sərkərdəsi Hacı Qasim Süleymaninin şəhadətindən sonra, hansı ki, Qərbi Asiyada ABŞ və sionist rejimin hegemonçu və təcavüzkar siyasətlərinə qarşı müsəlman ümmətlərin günü-gündən artan birliyin şahidi olmuşduq, keçmişdəkindən daha çox izlənilir.

Ekspertlərin fikrincə, bu görkəmli din xadimi  sifarişlə və saxta ittihamlarla həbs edilib. Həmçinin görünən odur ki, bu müdrik din xadiminin məhkəməsi və məhkəmə prosesi tamamilə sifarişli və qanunsuz keçirilib. Xatırladaq ki, Bakı Cinayət Məhkəməsinin bir neçə iclasından və həbs müddətinin təkrar uzadılmasından sonra prokurorluq bir neçə gün əvvəl Hac İlham Əliyevə ۱۸ il həbs cəzası istəyib, həmçinin onunla birlikdə həbs edilən Mehman Rzayevə də ۱۵ il həbs cəzası tələb olunub.

Şübhəsiz ki, əsassız və uydurma ittihamlar irəli sürülüb və bu ağır və qəbuledilməz cəzanın Bakı Prokurorluğu tərəfindən tələb edilməsi tək bir şəxsə qarşı deyil, həm də İslamın və bütün müsəlmanların bütövlüyünə qarşı hücum kimi qiymətləndirilir. Buna görə də, bütün İslam ümmətinin, eləcə də dünyanın bütün azadlıqsevərlərinin vəzifəsi, buna etiraz etməkdir.

Azərbaycan hökumətinin bu cür qeyri-insani və anti-İslam hərəkətlərini qınayaraq, Hacı İlham Əliyevin və həbsdəki bütün islamçıların dərhal və qeyd-şərtsiz azad olunmasını istəyirik, həmçinin dünyanın bütün insan haqları təşkilatlarını, insan haqları fəallarını, İslam dünyasının tanınmış simalarını və dünyanən bütün azadlıqsevərlərini Azərbaycan hökumətinin qanunsuz və insan haqlarına zidd əməllərini qınamağa və Azərbaycan Respublikasının dindarları və islamçılarının azadlığı üçün bütün var qüvvələri ilə səy göstərməyə çağırırıq.