image_printپرینت خبر

Asaxəbər:

 

Min il öncə doğulan Türk şeiri, 11-nci yüz ildə Yusif Hacəb Xass ilə, ۱۲-nci yüz ildə Əhməd Yəsvi ilə gəlişdi. Sonralar Nəvayi, Nəsimi və Qazi Burhanəddin ilə yetişkinləşdi və Füzuli ilə daha da vuqarlı oldu. Bu şeir 18-nci yüz ildə özünü Nolla Pənah Vaqif və Məxdumqulının çiyinlərinə söykənərək 19-ncü yüzilə çatdırdı ki bizlər Tilimxan, həkim Hidəci, Mazun Qaşqayi, Zəlil Türkmən, MəhəmmədBaqir Xalxali, Möcüz Şəbistəri, Əfşar Urmi, Xorşidbanu Natəvan, SeyidƏzim Şirvani və Əbülqasim Nəbati kimi şairlərin zühuruna tanıqlıq edək.

Nəbati Uştubin kəndinin əhalisindəndir. Uştubin Araz çayının 7 kilometrliyində (indiki İran və Azərbaycan cumhurusu sınırı) yerləşib. Nəbati anadan olanda Araz bir çay idi və hələ sınır olmamışdı. Araz-ın sınır olduğu indiki çağda da Uştubinin təpələrindən çıxıb baxsan, sınırın o tayında, Qarabağın ta dərinliklərinə kimi görmək olar.

۱۹-ncü yüz ildə, Azərbaycanın bir hissəsi Rusların işğalı altına keçdi. Biz bu gün hələ də bilmirik bu olayı təəssüflə xatırlayaq ya ondan şad olaq. Nəbati o savaşı və qohum qardaşdan ayrı düşməyə yaxından tanıq oldu.
Bu üzdən də şeirləri hicran qoxuyur, həsrət və ayrılıq qoxuyur. Bu isə, onu parçalanmış Azərbaycanın elçisi etdi. Ancaq sınır, onun Molla Pənah Vaqif şeirlərindən kümə toplamasına mane olmadı, ya da sərhəd, Həmzə Nigari Qarabağının Nəbati şeirlərindən doyuncan içməsinə mane olanmadı. Bu baxımdan o, Azərbaycanın mədəni birliyinin də elmisi sayılır.

İndisə Alim Qasımov (Azərbaycanın tanınmış müğənnisi), Nəbatinin şeirlərinə başqa şairlərdən daha çox maraq göstərir və “dəxi bir bu yanə gəlməz” və “yoxdu yox” şeirlər onun səsi ilə əbədiləşdi.

Nəbati divani ilk dəfə ۱۲۸۵ ilində (Məşrutə fərmanının ili) Təbrizdə çap oldu ondan sonra da dəfələr yenidən nəşr oldu. Hal hazırda Nəbati divanının gözəl elemanı Təbriz şəhərində qurulub, həm də opduqca uyqun bir məkanda; bilimyurdun girişində.