image_printپرینت خبر

Sonralar onun adaxlanma və toy mərasimində ya da qonaqlıqlarda geydiyi paltarlar çöhrəyi ipəklə ağ satından uluşarmış, və Avropalı gəlinlər sayağı da başına tordan fata taxaraq geyim- quşamı təkmil olarmış. O 1900-ncü ildə Avropalılar kimi geyinməyi qəbullanmağı təmamən dəstəkləyirdi. Dərbar xanımlarının Fransanın 1870-lı illərinin modası olan yaraşıqlı dekoltə (açıq yaxalı) geyimlər içində rəsimləri bilə mövcuddur.

🔸Ətəklərin uzunluğu gələnəksəl geyimlərdə fərqli idi. Ancaq 1860-lı illərdə qısalıb olduqca qalınlaşdı.
Ola bilsin ki, ətəklərin şəklində və boy ölçüsündə Nasirəddin şahın da etgisi olmuşdur. O, 1873-də Avropaya ilk yolçuluğunda Parisdə balə oyunçularının ətəklərini görüb təhsin etmiş, və ölkəyə qayıtdığında gördüyü modları dərbar qadınlarına tanıtmışdır.

🔷Qacar xanımlarının ən şik geyinənləri

🔸Qacar dərbarının ən çox etgi buraxan mod öncülləri sayılan xanımlar, şahin müstəqim qohumları, bu üzdənsə ən yüksək sosiyal mövqedə olan xanımlar idilər.
Nasirəddin şahın anası, Məlik Cihan, gözqamaşdırıcı gözəlliyi olan gələnəksəl paltarlar geyərdi. Ən əla və bahalı məxməl ya ipək qumaşları cılıtqa və şalvarlığa seçərdi. Mirvaridli- Almaslı şallar salardı başına, boyun- boğazına, barmağına- biləyinə çoxlu üzük, bilərzik, qolbağı, boyunbağı taxardı. Sonralar, Tac ül-səltənə, Nasirəddin şahın qızı, Fransanın modlarını bəyənib alqışlayıb, Avropanın 19-ncü yüzilin sonları, ۲۰-nci yüzilin əvvəllərində moda olan paltarın tərzində geyindi.
Bu dəyişimlərə göstərilən təpkilər ərkəklərin Avropa dəblərinə və qadınların eyitiminə olan baxış açılarına görə fərqli idi. Mühafizəkar ərkəklər geyim- quşamda olan dəyişiklikləri qaldıra bildilər, ancaq qadınların işə getməyib də evdə qalmaqları qonusunda hələ də israrçı idilər. Tac ül-səltənə həm varlı həm də nüfuzlu olduğu üçün sürəkli əri ilə duruşub, ona qarşı çıxardı. O, Avropa modeli geyimləri, özgürlük simgəsi olaraq geyinərdi və sürəkli İran
qadınlarının özgürlüyünü düşünüb bu yolda çalışardı.

🔸Ənlik kirşan, geyimlərdən sonra, dərbar xanımlarının bahalı paltarları ilə uyuşsun deyə, bəzəklər də dəyişməyə başladı. O, dövrədəki bəzək vəsailı vazardan alınan ya da evdə olan təbii ürünlərin qarışımından ələ gələrdi. O çağın ən ideal bəzəyi, üzü safaldıb ağartmaq, dodaq və yanaqları allaşdırmaq, və qaş- gözü qaraltmaqdan ibarət idi.

🔸Üzü neçə qat ağ pudrla (bəzən qurquşum ağlığında) pudrlardılar. Yanaqlar və dodaqlar qırmızı ya da mərmər qırmızısı hematit tozuyla al rənginə boyanardı. Gözlər sürmə, ya da toz sulfatdan yapılmış kəhəl ilə şəkillənərdi.
Qaşlar ayın hilal şəklində alınardı, sonra nili rəng ilə onu qalınladıb çatmaların yapışdırıb (ya da yapışdırmadan) boylarını uzaldardılar.
Dodağın kənarına bir gözəl xal qoyardılar. Bəzən isə qaşların arasına, çənəyə ya da boyuna narın gül və yarpaq rəsmiləri çəkərdilər ya da döydürərdilər. Qırmızı hənanı ovcların içini, ayaqların altını və dırnaqları boyamaq üçün qullanardılar.
Üz dərisinin sağlamlığını qorumaq üçün də doğal losiyon düzəldib yaxarmışlar. Xiyardan üz dərisinin ləkələrini təmizləyib dərini işıqlatmaq üçün və huludan da üz dərisinin yumuşaqlığı və nəmli qalması üçün yararlanarmışlar.

🔸Saç baxımı ustadlıq istəyən və zaman alıcı evcil bir hünər sayılırdı. O zamanlar uzun saçlar daha çox bəyənilirdi. Uzun saçlar riştə- riştə qadınların belinə kimi hörülürdü. Saçın ön tərəfində telləri dalbor- dalbor alına düzərmişlər.
Hörükləri cəvahir ya da nəqdə ya da rəngi rubanlarla süslərdilər. Həna ilə də saçları boyardılar.

🔸Dərbar qadınlarının Avropada günün modu olan bəzək ürünlərindən bilgiləri olduqca az idi, o zaman bu ürünlərə rahatlıqla əl çatılmazdı. Bu üzdən də gəənəksəl bəzək ürünləri ilə vidalaşan qadınların sayısı çox az idi. Bu qonuda da genə Tac ül-səltənə ön ayaq olun, 1900-ncü ildə Avropanın modunu qullanmağa başladı.

🔸Tac ül-səltənənin Avropa tərzində geyinmiş olduğu portresindən onun qəliz bəzəkdən saqınıb, sadə saç modelini tərcih etdiyi də bəlli olur.
Avropa bəzək ürünləri geniş şəkildə gələnəksəl ürünlərin yerini almış olsa da, genə də onlardan bəzisi qullanımlı qaldı (örnəyin həna, saçların boyanması və sağlamlığı üçün).
۱۹۲۰ və ۱۹۳۰-ncü illərdə saç modellərində gözəl və ustaca hörmələr yerini çağdaş Avropa səbkləri ilə dəyişdi. Saç bəzəmə və gözəllik salonları Tehranda və böyük şəhərlərdə işə başladı, çünki yeni dəb olan modellər özəl və bahalı müştəriləri olduğuna görə özəl başarı və öyrətim gərəkdirirdi.

#Son.
Qaynaq: vivanne