image_printپرینت خبر

Bütün bunlara rəğmən, xatun, faytona minmək məşqinə düşmüşəm! Hər gün küçə başında faytonların gəl-gedini seyr etməkdəyəm.
Xiyavanın bu əlindən o əlinə faytonlara məxsus olan yerə gedən beş- üç nəfər ürəyimi kabab elir. Nə ona minməyə imkanım var nə də faytonçunun qonudunu yeməyə hal hövsələm.
Küçəmizin önündən fayton keçəndə, dostlardan çoxu turyantı qaçıb özlərini faytonun dalısına yetirirlər, sonra apbılıp arxa çarxların mehvəri olan milədə otururlar.
Dəfələrcə zobalaq şeytan uşaqların üz- gözlərinin faytonçu qonudunun zərbəsindən göyərməyə tanıq olmuşam.
Bu intihari əməliyyatda mənim təkcə işim, “faytonçı dalıyə bir qonud!” Deyə bağırmaqda iştirakçı olmaqdır.
Uşaqlar bağıraraq, qorxmaz- şuluq uşaqların faytonun dalısına mindiyindən faytonçunu ayıq salırlar. Faytonçu da rast gələsi, qonudu bir hən bir yox, faytonun dalına çalər; heç vecinə də deyil yendirdiyi qonud tifil uşağın harasına dəyir. Biri faytonun arxasına dəyir, neçəsi də yazıq atların belini qamçılayır.
Atların naləndan qığılcımlar saçılır.
Darmadağın, yamaq- yumaqlı asfaltdan çıqqaçıq səs gəlir, və faytonu irəli götürür.

Bir yay axşamında əmoğlum, Rəsul, Əki və Mehdinin görüşünə gəldi. Bir az danışandan sonra qərar oldu mənlə bacım Əqdəsi sinəmaya götürsün. Geyinib yola düşdük. Belə mövqelərdə, Rəsul iz itirmək üçün, evdəki ya da qohumun müzahim olan ya da sinəmaya getmək onlara uyğun olmayan uşaqları tovlamaq üçün deyərdi: “səndəlli məçidə gedirik!” Beləliklə dərdisərsiz və asudə xəyal ilə gedərdik. Filmin mövzunun nə olduğu yadıma gəlmir, ancaq əmoğlum Rəsul söz vrrmişdi evə qayıdanda faytona minəcəyik, bu üzdən də sevindiyimdən çiçəklərim çatdırdı. Sinəmadan çıxınca Rəsul dedi:
– Neçə addım qərbə sarı gedib Qonqa başına yetişməliyik, Gülüstan bağından yüz metir üstlük. Xoşan- xoşan getdik. Gecə yarısından bir- iki saat sovuşurdu. Zənburu-nun solqun işığının altında neçə dana fayton düzülüb durmuşdukı, yolçuları məqsədə çatdırsın. Rəsul faytonçıların biri ilə qiymətı teyı elədi: 5 qıran. Anlaşdır.
Faytonçu torbanı atın başından götürdü, onu faytonun qabağında bir yerə qoydu. Sonra dedi:
– Atılın üstə.
Özü də faytonçuya məxsus yerdə oturub qonudu aldı əlinə.

Əcəb rahat döşəkdir! Qonudu havada tərpətdi, noç- noç elədi, başını- gövdəsini geriyə verdi, dəstəcilovu çəkib atı və faytonu, faytonlar sırasından çıxartdı və talaqqa tuluq yola düşdü. Əcəb! Asfalt üzərində heç züyüldəmir nədən? Mənə elə gəlirdi ki, çarxların girdəsində əyrilik var; fayton, əsintidə yellənən yetişmiş əkin kimi, düşə- qalxa, dalğalanaraq xiyavanın asfaltında qabağa gedirdi. Mən isə ürək oxşayan və əlçatmaz duyğularda dalğalanırdım. Xəyalımda göyləri gəzirdim, birdən faytonçunun səsindən özümə gəldim:
– Hırrrrr!
Atların başını yığdı, saat meydanına yetişmişdik.
– Hırrrrr!
Atlar yurtmədən addımlamağa, sonra da addımlarını yavaşlamağa başladılar. Sonra faytonçu baş və gövdəsini geriyə çəkdi, sonra gövdəsini sollayaraq ehmal- ehmal sağa, Şapur (indinin Ərteş) xiyavanına döndü. Dönüncə də qamçısını göyə qaldırdı, talaqqa tuluq, yurtmə ilə yoluna davam etdi.
Artıq yavaş-yavaş küçəmizin başına, qapılı “Dol qeyit” küçəsinə, qırmızı damdaş (Başgah-i əfsəran)ın qarşı tərəfinə çatırdıq.
Deyə- gülə endik faytondan. Mən qapımıza qədər qaça-qaça gəldim ki, faytona minməyimizi Mehdi ilə Əkiyə muştuluq verəm.
Xatun, faytona minmək sevincimi açıqlarkən “Qonqa başı” və “qırmızı damdaş”dan söz açıldı. Bir neçə kəlmə də bu yerdən və bu binadan desəm yaxşı olar. Bizim evimiz düz qarşısında yerləşən qırmızı damdaş cəlallı və möhtəşəm bir tikinti idi və Təbriz padiganının əfsərlərinin klubu (başgahı) idi – və bu gün də elədir- numası da qırmızı daş idi. Binanın əyani bölümü iki mücəlləl qatdan oluşurdu, şik otaqlarla və bir təchizatlı salonu da var idi ziyafətlər və şölənlər üçün, həm də hər il Məhərrəm ayının ilk on günü, imam Hüseyn (ə)-in əzadarlar heyətlərini ağırlamaq üçün istifadə olunardı. Təbrizin müxtəlif məhəllələrinin sinə vuran və zəncir vuran dəstələri, xüsusilə Dəvəçi məhəlləsinin əzadarları, məxsus “Şer”-ləri ilə hər gün növbə ilə əzadarlıq mərasimi çıxarmaq üçün oraya gələrdilər və ləşkər komotanı, timsar Beyd Abadi tərəfindən qarşılanaraq onlardan pəziralıq olunardı.
Və əmma Qonqa başı ya Qonqa meydanı. Şəhərin bilgili yaşlılarının dediyinə görə, bir Rus şirkəti, Təbriz- Culfa dəmir yolunun tikinti işlərini 1914/ 1293 ilində başlatdı.
۱۹۱۳-də deyilən dəmir yolun xəritəsi çəkildi, 1914-də Rusiyanın yol baxanlığının onayından sonra, birinci dünya savaşına iki ay qala, onun ilk tikinti işləri başladıldı.
Azərbaycan dəmir yolunun açılış törəni özəl təşrifat ilə ۶ May 1916-da, İran vəliəhdi Məhəmməd Həsən Mirza, Rus ordusunun nümayəndəsi sərtip Panoskotiç və Təbrizdə iqamət eləyən xarici konsulların hüzuru ilə gərçəkləşdi.
Culfa dəmir yolu şirkəti (Rusiya dövləti) belə qərara gəlmişdi ki, Təbriz durağı (Vağzal), şəhər yaxınlnda, Gəcil qəbristanlığının yanında (bu günün Gürcüstan bağı) tikilsin. Ancaq şəhərin batısında, dəmir yol 3 kilometr qədər hasilli əkin yerlərindən keçməli idi. Xətib, Lalə və Şam Qazan kəndlərinin evlərini, bağlarını və mövluqlarını almaq da şirkətə baha başa gəlirdi. Digər yandan da bu kəndlər və məhəllələrin cəmaatı bağlarını, yerlərini dəmir yolu şirkətinə satmaq istəmirdilər, bu üzdən şirkət dəmir yolunu Təbrizin içinə çəkməkdən vazkeçib, Təbriz durağını şəhərin eşiyində başqa bir yerdə, şəhərin batı tərəfindən dörd yarım kilometr uzaqlıqda tikməyə qərar verdi və şəhərdən Vağzala kimi yeni bir xiyavan çəkdi və müsafirləri şəhərdən Vağzala aparıb gətirmək üçün Qonqa adlanan tramva ya hərəkət qüvvəsi atlarla olan şəhər qatarını icad etdi.
Hal hazırda bu tarixi təhəvvül və quruluşun anısına Təbrizli heykəltəraş, Əhəd Hüseyni-nin yaratdığı

Qonqa qurulduqdan sonra, onun yedək təchizatının saxlanması üçün, atlara tövlə, Qonqa sürücülərinə yataq yeri və Avropa ilə Rusiyaya göndərilən ticari malları anbar etmək üçün bir yerlərin tikilməsi zərurəti hiss olundu. Şəhərin o dönəmdəki yetkililəri, bu mövzua səhman versinlər deyə, “Rah ahən xiyavanı”nda, “Qonqa başı” və “Kürəbaşı” ünvanında yerlər tikdilər və oranı “İskalat” adlandırdılar.
Xatun, “İskalat” sözcüyü farscada “İskdar” şəklində qərargah və pikin mənzili anlamındadır. Ruscada isə “Əskdar”, İskilə və limanda qatarın dayandığı yer, sahil dəmir yolunda qatarın manovr verdiyi yer, və malları anbar eləyən yer mənadındadır. Ancaq yayqınlıq nədəni ilə “İskalat” ya “İskalat ağzı” şəklində camaatın dilində işlək olmuş.
Beləliklə hər gün Təbriz- Culfa qatarının hərəkət çağında və şəhərə gəldiyi zaman, müsafirlər və dəmir yol işçiləri taxtadan bala otaqları olan və iki ya da dörd atla hərəkət edən Qonqa ilə gəl- get edərmişlər. Bu qatar xətti ya şəhər tramvası ۱۳۱۸ günəş ilinə kimi işlərdi, sonra yığışıldı. Hal hazırda da bu şəhər qatarının çıxış yerinə Qonqa ya Qonqa başı deyərlər.
Qonqa başı və dəmir yolu durağı arasındakı iki bandı olan bulvarın tikilməsi də Azərbaycanın o vaxtkı ustadları, Əli Dehqan-ın təlaşlarına borcludur. O, yeni postunu almaq üçün Tehrandan Təbrizə hərəkət etməmişdən qabaq o vaxtın bələdiyyə başqanı, sərhəng Hüseyn Vəxşuriyə dəstur vermişdi dəmir yolu durağından Qonqa meydanına kimi bir qırx metrlik asfalt bulvarın çəkilməsi tərhini münaqisəyə qoysun və çalışsın bu anlaşmada iki əsas şərt nəzərə alınsın: biri bu ki, işi qəbul eləyən peymankar gecə-gündüz çalışsın, ta bulvarın tikilməsi ən çoxu üç ayda başa çatsın. İkinci şərt isə, asfalt işləri xərcləri elə qısta bağlansın ki, bələdiyyə vaxtında qıstlarını ödəyə bilsin.
Heyfim gəlir Təbriz Vağzalından (dəmir yolu durağı), Qonqa başı və İskalat ağzından söz açılsın amma belə bir dəyişimin Azərbaycan, özəlliklə də Təbriz iqtisadiyyatında yaratdığı təsirdən söz deilməsin. Xatun, Avropanın dəmir yolları qurulandan bəri Azərbaycanın Avropa ölkələri ilə ticarət bağlantıları Rusiya yolundan idi və Riza şah hökumətinin başlarında İrandan Avropa ölkələrinə və beləks, mal keçidinin ən mühüm boğazı Culfa gömrüyü idi. Ancaq Rusiyada Bolşeviklər hökuməti iş üstünə gəldikdən sonra və ۱۹۱۷-də şuralar ölkəsi qurulandan sonra tranzit yollarını bağladı və nəticədə tacirlərin, özəlliklə də Təbriz bəzirganlarının alış-veriş yolu əməldə bağlanıb, böhrana uğradı və Azərbaycan tacirləri çoxlu zərər- ziyan gördülər. Bu olaydan sonra, Təbriz tacirləri Şurəvinin bu davranışına etiraz edib, 1305 günəş ilində Moskvanın məkarə bazarında ticari şirkəti təhrim edərək Rusiyada olan ticari şöbələrini yığışdırdılar və Almaniya, Fransa və İtaliya kimi Avropa ölkələrində qurdular. Azərbaycan ticarətinin gərginliyi, başabaş dəmir yolunun qurulmasıylə daha da şiddətləndi. İranın cənubundan şimalına başabaş dəmir yolunun qullanıma girdiyi ilə, yavaş-yavaş Azərbaycanın iqtisadı İranın cənub limanlarına və Xuzistan şəhərlərinə köçürüldü və Rusiya tranzit yolu yerinə, İranın başabaş dəmir yolu xarici malların intiqalını öhdələndi.
Beləliklə Azərbaycan gömrüyü nəhayi enişinə yetişdi və tacirlərin köçü və mühacirəti Təbrizdən Tehrana başlandı.
Qonqabaşı, qırmızı damdaş və Təbriz Vağzalının hekayəsi belə idi.

#Son.