image_printپرینت خبر

“Casusunun yardımçısı”, “qışlaqdan kəndə”, “satqın”, “laçın” və “ölülər rəqs edərkən” kimi əsərlərin yazarı olan Hacıbaba, İstalın dövründə öz xalqına sadiq qaldığına görə, güllələndi.
Hacıbaba Nəzərli, Mirzə Əliəkbər Sabirdən belə bir xatirə nəql edir: atam məni köhnə üsul məktəbdən çıxardıb, Sabirin ümid məktəbinə apardı. Biz köhnə üsul məktəbində fəlkə və çubuq görmüşdük. Sabirə isə fəlkə və cubuqdan azad olduq, ama sevinmədik. Çünki Sabir bizi təsirli sözlərlə danlayırdı.
Sabir, bir gün məktəbə çox qəmgin və müztərib girdi. Mübsir uşaqların listəsini oxudu:
Əhməd Cəfəroğlu – hazir
Nəcəf Muxtarzadə – hazir
Hacıbaba Əsgərzadə – hazir
Təqi Əbuzəroğlu – …
Təqinin əvəzinə Sabir “onu dəftərdən pozun, gəlməyəcək” dedi. Sabir dərin bir dərd içində “o, gəlməyəcək, qardaşları onu məktəbdən çıxarıb, işə göndərmişlər. O, başmaqçı şagirdliyinə gedir” dedi.
Təqi onbeş yaşlı, zəki və çalışqan bir tələbə idi. Atası Əbuzər on gün əvvəl ölmüşdü və atasız Təqi işləməyə məcbur olmuşdu. Yetim qalaraq çörək qazanmaq üçün təhsildən əlçəkməyə məcbur olan uşağın vəziyyəti şairin qəlbini yarlamışdı.
Sabir o gün doluxsunub ağladı:

Ey dərbədər gəzib ürəyi qan olan çubuq
Bir loqma nan üçün gözü giryan olan çubuq
Olsun əsəf o millətə kim bixəyaldır
Yaxud xəyalı kəndinə təksir maldır
Yavrum, quzum, yatanlar ayılmaz, məhaldır
Ancaq mənimki nalə, səninki sualdır.