image_printپرینت خبر

İlham İsmayıl Moderator potalında yayılan məqaləsində bildirib ki, 10 noyabr 2020 il Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin Azərbaycan üçün vacib olan daha üç bəndi yerinə yetirilmir. Dördüncü bənd isə ümumiyyətlə qeyri-müəyyəndir. Belə ki, “erməni silahlı qüvvələrinin geri çəkilməsi…” dedikdə konkret göstərilməyib ki, bu “geri” deyilən yer haradır.

Təhlükəsizlik eksperti qeyd edib ki, “ Artsax müdafiə ordusu” adı altında erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsi açıq olaraq qalır, əksinə bu qüvvələrin sayı getdikcə artırılır və Ermənistan Respublikası gizli şəkildə kontingenti təzələyir, işğal davam edir.

İlham İsmayılın yazdığına görə, reallaşan bəndlərin özündə də əksiklik kifayət dərəcədədir və bu əksiklik bizim maraqlarımıza qarşıdır. Laçın rayonunun mərkəzinə və dövlət sərhədinə qədər olan dəhliz istiqamətində yerləşən kəndlərə də bizim  nəzarət etmək imkanı tanınmayıb. Dəhliz boyu yaşayış məntəqələrinə Azərbaycan hərbiçiləri buraxılmasa da, qanunsuz məskunlaşmış ermənilərin də bu yerlərdə qalması doğru deyil

Digər tərəfdən 7-ci bəndə əsasən, məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. Halbuki razılaşma tam birtərəfli şəkildə həyata keçirilir. Rusiya qısa bir müddətdə ۵۲ min erməninin qayıtmasını təşkil etdi. Azərbaycandan olan qaçqınların isə o yerlərə dönməsi barədə heç bir rəsmi mövqe yoxdur. Azərbaycan tərəfi bu istəyi 7 ayda bir dəfə də rəsmən bildirməməlidir.

Ekspett 9-cu bəndə də öz iradını bildirib. “ Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Bu bəndin də bizim üçün reallaşmadığı faktdır. Nə Kəlbəcərə, nə də Şuşaya  daxili yollarla gedə bilmirik. İki tərəf üçün sazişdə nəzərdə tutulan yollar açıqdır, bizə gələndə bağlı. Ona görə də zamanın uzanması qalib dövlətin yəni Azərbaycanın mövqelərini möhkəmlətmir. Üçtərəfli saziş nə vaxta qədər bir tərəfə-erməniyə işləyəcək?”, -yazır İlham İsmayıl.