image_printپرینت خبر

 

Zərif, Instagram hesabından verdiyi yazılı açıqlamada, hökumət arşivlərindən oğurlandığı açıqlanan və xarici bir mediya quruluşuna sızdırıldıqdan sonra İranda siyasətin gündəminə oturan müsahibə ilə bağlı dəyərləndirmə verdi.
İran xarici işlər baxanı açıqladı, “irəlidəki dövrlərdə vəzifəyə gələcək dövlət adamlarının istifadəsinə sunmaq üçün 8 illik təcrübəni köçürmək adına diplomasi və meydan fəaliyyətlərinin ələ aldığı teorik gizli bir danışmanın ölkə içi çəkişmə və fərdi tənqid qonusu halına gəlməsi məni çox kədərləndirdi”.
Açıqlamada, Sipaha bağlı Qüds gücü əski başçısı Qasim Süleymanini “tərifləyən” Zərif, 20 ildən daha çox müddət dostluqları olan Süleymanini uluslararası məhfillərdə savunduğunu ifadə etdi.
Mütəxəssislərin doğru bildiyi qonularda öz fikirlərini çəkinmədən dilə gətirmələri lazim olduğunu, şəxsi rahatlıq və çıxarları uğruna otosansürün xəyanət mənasına gələcəyini yazan Zərif,
“۴۰ İl boyunca (siyasi) təhlillərimdə müctəhid və icra qonusundan müqəlləd olmağa çalışdım” ifadələrini işlətdi.
Ölkə siyasətlərinin gərçəkləşdirilməsində “əskərlər” və “diplomatların” sahədə və diplomatik sahələrdə bir-birilərini tamamlayan iki ünsür olduğuna işarə edən Zərif, ölkə mənfəətlərini və İran xalqını qorumaq üçün verdiyi sözə bağlı qaldığını qeyd etdi.
Zərif, səs faylında yer alan, “Rusiyanın Nokleer anlaşmanı əngəlləməyə çabaları ilə” bağlı açıqlamalarına isə toxunmadı.
Ləndəndən farsca yayımlanan İran International, geçən günlərdə, İranlı iqtisadçı Səid Leylazin Zərif ilə Mars ayında etdiyi söhbətin 3 saat davam edən səs faylından bir bölümünü yayımlamışdı.

İran xarici işlər baxanlığı səs faylını doğrulamış ancaq söhbətin yayınlanacaq üçün deyil, arşiv üçün edildiyini açıqlamışdı.

Zərif, söhbətdə iç və xarici siyasətlə bağlı önəmli açıqlamalar vermiş, Sipaha bağlı Qüds gücü əski başçısı Süleymanini xarici işlər diplomasını yönləndirməsi səbəbiylə tənqid etmiş və “Rusiyanın Nokleer anlaşmanı əngəlləməyə çalışdığını” dilə gətirmişdi.

Səs faylının ortaya çıxmasının ardından İrandakı mühafizəkar qəzetlər Zərifi hədəf alan başlıqlar atmış, İran məclisində də “istefa” çağırışları edilmişdi.